Pringles Qabında Basdırılmasını İstəyən Adam

   Frederik Bor Ohayo ştatının Sinsinnati şəhərindən olan bir kişi idi. O, Procter & Gamble şirkətində kimyaçı və qida texniki kimi işləyirdi.
Onun ixtirası isə onu kölgədə saxlamalı olan işdən çıxararaq bir qədər məşhurlaşdırdı. Bor 1966-cı ildə uzun boru formasında olan çips qabları və bir qədər əyriliyi olan çipslərin düzülüş patenti üçün müraciət etdi. 
   Patent 4 il sonra verildi və hazırda bizim gördüyümüz  Pringles qabları və içəridəki çipslərin forması Bora aiddir. Bor 80-ci illərdə təqaüdə çıxsa da həyatının sonuna kimi öz ixtirasının möhtəşəmliyinə inanırdı və bu inanc o qədər böyük idi ki, ölümündən sonra onu Pringles qutusunda basdırılmasını vəsiyyət etdi. Frederik Bor 2008-ci ildə 89 yaşında vəfat etdi və onun övladlarını atalarının vəsiyyətini yerinə yetirərək atalarının küllünü iki Pringles qabına bölərək Springfield yaxınlığında bir qəbiristanlıqda basdırdılar. 

Pringles Qabında Basdırılmasını İstəyən Adam Pringles Qabında Basdırılmasını İstəyən Adam Reviewed by Unknown on 8:38 AM Rating: 5

No comments:

Powered by Blogger.